Fransada etirazlar zamanı dəbdəbəli mağazalar talançıların hədəfinə çevrilib. Hadisələr fonunda etirazçılardan birinin qeyri-adi hərəkəti kameraya düşüb.
Xəbər Yerində “Qafqazinfo”ya xarici KİV-ə istinadən xəbər verir ki, mağazadan tozsoran oğurlayan şəxs izdihamın ortasında küçələri təmizləyirmiş kimi davranıb.
Üzünü gizlədən etirazçı tozsoranı küçədə irəli-geri hərəkət etdirərək, sanki təmizlik işi görürmüş kimi görüntü yaradıb.
Mağazaların talan edildiyi və xaosun hökm sürdüyü bir vaxtda baş verən bu hadisə sosial şəbəkələrdə diqqət çəkə biləcək qeyri-adi səhnələrdən biri kimi qiymətləndirilir. Həmin şəxsin davranışı baş verənlərə satirik eyham kimi də yozula bilər.

