Futbol meydanında dəhşət: Hakimi avtomobillə vurmaq istədi – VİDEO

Futbol meydanında dəhşət: Hakimi avtomobillə vurmaq istədi – VİDEO

Cənubi Afrikanın aşağı liqa futbol matçında baş verən təhlükəli hadisə diqqət çəkib. Əsəbi azarkeş avtomobillə birbaşa meydana daxil olaraq hakimi vurmağa cəhd edib.

Xəbər Yerində İdman.biz-ə istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yenidən yayılıb.

Məlumata görə, azarkeş hakim qərarlarından narazı qaldığı üçün avtomobili ilə yaşıl meydana daxil olub. O, hərəkət edən avtomobillə hakimin ardınca gedib, daha sonra isə qonaq komandanın ehtiyat oyunçular skamyasına tərəf yönəlib.

Hadisə zamanı hakimlər və futbolçular avtomobildən yayınmaq üçün meydanda qaçmağa məcbur olublar. Matç yarımçıq dayandırılıb.

Qeyd edək ki, yayılan görüntülər yeni hadisə kimi təqdim edilsə də, insident əslində 2020-ci ilin fevralında Cənubi Afrikanın ABC Motsepe Liqasında baş verib. Həmin vaxt Luka Ball Controllers və Polokwane City Rovers komandaları qarşılaşıb. Oyunun 2:1 hesabı ilə davam etdiyi vaxt avtomobil meydana daxil olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir