Hindistanda yük maşını zəvvarların üzərinə çırpıldı: 15 ölü, 25-dən çox yaralı

Hindistanda yük maşını zəvvarların üzərinə çırpıldı: 15 ölü, 25-dən çox yaralı

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şitala Mata məbədinin yaxınlığında yük maşını zəvvarlar qrupuna çırpılıb.

NDTV-nin yerli polisə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində 15 nəfər həyatını itirib, 25-dən çox insan xəsarət alıb.

Qəza yerli vaxtla saat 01:40 radələrində Çinaur–Nayaqao yolunda baş verib. Həmin vaxt zəvvarlar qədim məbədə doğru piyada hərəkət edirmişlər.

İlkin məlumata görə, sürücü enişli yolda nəqliyyat vasitəsinə nəzarəti itirib. Ağır yük maşını bir neçə maneəni aşaraq insanların üzərinə çırpılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir