İlham Əliyev Türkmənbaşıda MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub – FOTO

İlham Əliyev Türkmənbaşıda MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub – FOTO

Xəbər Yerində xəbər verir ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.

Festival Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir. Tədbirdə səkkiz ölkə təmsil olunur.

Azərbaycanın Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında iki hissədən ibarət milli pavilyon qurulub.

Pavilyonun kulinariya hissəsində Azərbaycanın milli mətbəxi və zəngin qastronomiya ənənələri təqdim edilir. Burada ölkənin müxtəlif regionlarına xas yerli bitki, meyvə, taxıl, çərəz və digər məhsullar nümayiş olunur. Həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın çay mədəniyyəti ənənəsi ziyarətçilərə təqdim edilir.

Pavilyonun ikinci hissəsində xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənəti nümayiş etdirilir. Bu bölmədə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.

Pavilyonda azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisi, o cümlədən muğam nümunələri də səsləndirilib.

Türkmənistan Prezidenti İlham Əliyevin şərəfinə qəbul verib

Həmin gün Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul təşkil olunub və konsert proqramı təqdim edilib.

Prezident İlham Əliyev rəsmi qəbul və konsert proqramında iştirak edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir