İllər sonra Ağdam–Ağdərə yolu yenidən qurulur-VİDEO

İllər sonra Ağdam–Ağdərə yolu yenidən qurulur-VİDEO

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Ağdamdan Ağdərə və Kəlbəcər istiqamətində yeni nəqliyyat bağlantısının yaradılması istiqamətində yol tikintisi davam etdirilir.

Bir vaxtlar Qarabağın düzənlik hissəsini dağlıq ərazilərlə birləşdirən tarixi Ağdam–Ağdərə yolu müasir standartlara uyğun şəkildə yenidən qurulur.

33,8 kilometrlik yol

Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayan və Ağdərə, eləcə də Ağdam istiqamətində uzanan yolun uzunluğu 33,8 kilometr təşkil edir. Yol I, II və III texniki dərəcələrə uyğun inşa edilir.

Layihə çərçivəsində 4 körpünün və 56 suötürücü borunun tikintisi nəzərdə tutulub.

Hazırda ərazidə yol tikintisi işlərinə 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti cəlb olunub.

Ağdam–Ağdərə–Kəlbəcər bağlantısı

Layihənin başa çatdırılması ilə Ağdamdan Ağdərə və Kəlbəcər istiqamətində vahid yol bağlantısının formalaşdırılması təmin ediləcək.

Yeni nəqliyyat xəttinin yaradılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları arasında nəqliyyat əlaqələrinin daha da gücləndirilməsinə, həmçinin Böyük Qayıdış çərçivəsində ərazilər arasında yeni bağlantıların qurulmasına xidmət edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir