Kürdəmirdə çobanı ildırım vuraraq öldürüb – Heyvanlar da tələf olub

Kürdəmirdə çobanı ildırım vuraraq öldürüb – Heyvanlar da tələf olub

Kürdəmir rayonunda qoyun otaran şəxsin ildırım vurması nəticəsində həyatını itirdiyi bildirilir.

Xəbər Yerində Xəzər TV-ə istinadən xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndi ərazisində baş verib.

51 yaşlı kişi həyatını itirib

Məlumata görə, Ağsu rayon sakini, 51 yaşlı Zahir Hacılayev qoyunları otardıqdan sonra geri qayıdarkən ildırım vurması nəticəsində ölüb.

Hadisə zamanı bir neçə xırdabuynuzlu heyvanın da tələf olduğu bildirilir.

Çobanı kənd sakinləri axtarıb

Kənd sakinlərinin sözlərinə görə, hadisə axşam saatlarında baş verib. Zahir Hacılayevin heyvanlarla birlikdə geri qayıtmadığını görən sakinlər onun axtarışına çıxıblar.

Axtarışlar zamanı çobanın ildırım vurması nəticəsində həyatını itirdiyi məlum olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterial Xəzər Xəbər tərəfindən təqdim olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir