“İndi müəllimlərin əməkhaqqı mənim dövrümə nisbətən hiss olunacaq dərəcədə artıb və ilbəil artmaqda davam edir”.
Xəbər Yerində Yenisabah-a istinadən xəbər verir ki, bunu keçmiş təhsil naziri Misir Mərdanov Misir Mərdanov AZƏRTAC-a müsahibəsində deyib.
Misir Mərdanov Azərbaycanın təhsil sisteminin hazırkı vəziyyətini tam obyektiv qiymətləndirə bilməyəcəyini bildirib. O qeyd edib ki, uzun müddətdir təhsil sistemindən uzaqdır.
Keçmiş nazirin sözlərinə görə, təhsil hər bir dövlətin ən ağır, geniş və mürəkkəb sahələrindən biridir:
“Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq”.
M.Mərdanovun fikrincə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi olub. O bildirib ki, bu problem hazırda mərhələli şəkildə öz həllini tapır.
“Bu gün həmin məsələ yavaş-yavaş, hissə-hissə öz həllini tapmaqdadır. Məktəb direktorlarının əməkhaqqı da artıb. Bu da çox yaxşı işdir”, – deyə keçmiş təhsil naziri vurğulayıb.

