MTP klubunun 40-a yaxın üzvü Qarabağa səfər edib

MTP klubunun 40-a yaxın üzvü Qarabağa səfər edib

“Xəbər Yerində” “Unikal”a istinadən xəbər verir ki, dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun təxminən 40 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhərinə gəlib.

Səyyahlar Şuşanın tarixi və təbiəti ilə tanış olurlar

Dünyanın 13 ölkəsindən Azərbaycana gələn səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları, eləcə də şəhərdə həyata keçirilən quruculuq və bərpa işləri ilə tanış olurlar.

Səfərə MTP klubunun təsisçisi, amerikalı səyyah Charles Veley rəhbərlik edir.

Qarabağa səfərlərin sayı 17-yə çatıb

Qeyd edək ki, bu səfər 2021-2026-cı illər ərzində dünyanın əsas səyyah klublarının Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci səfərdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir