Xəbər Yerində Teleqrafa istinadən xəbər verir ki, Xalq artisti, tanınmış diktor Ofeliya Sənani əməliyyat olunub.
Xalq artisti Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.
Bu barədə Ofeliya Sənaninin qızı Lalə Sənan məlumat verib. O bildirib ki, hazırda anasının səhhəti normaldır.
Qeyd edək ki, Ofeliya Sənani oktyabrın 5-də əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həmin gün saat 21 radələrində isə ailəsinin yazılı iltizamnaməsi əsasında digər tibb müəssisəsinə təxliyə olunub.

