İspaniyada sürət qatarları toqquşdu: 46 nəfər öldü, onlarla yaralı var
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində azı 46 nəfər həlak olub, onlarla insan yaralanıb.
“El Español” qəzetinin məlumatına görə, Kastilya-La Mança bölgəsinin təcili yardım xidmətləri ölənlərin sayının 46 nəfərə çatdığını açıqlayıb. Bildirilir ki, bu rəqəm arta bilər.
Məlumata əsasən, qatarın iki vaqonu relsdən çıxaraq bənddən aşıb.
Qəzanın başvermə səbəbləri hələlik açıqlanmayıb.
Qeyd: Hadisə ilə bağlı ilkin məlumatlarda ölənlərin sayının azı 10 nəfər olduğu bildirilirdi. Son məlumatlarda isə bu rəqəmin 46-ya yüksəldiyi qeyd olunur.

