Qara dənizdə Rumıniya sahilləri yaxınlığında hücuma məruz qaldıqdan sonra batan ticarət gəmisində olan azərbaycanlıların adları məlum olub.
Xəbər Yerində Axar.az-a istinadən xəbər verir ki, hadisə zamanı gəminin göyərtəsində olan üç Azərbaycan vətəndaşı xilas edilib.
Onlar Kənan Cabbar oğlu Həsənov, Rüfən Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyevdir.
Məlumata görə, hücum zamanı Rüfən Əhmədov yüngül xəsarət alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Vurulan gəmidən sağ çıxan azərbaycanlıların fotolarını təqdim edirik.

