Sabahın hava proqnozu: Yağış, şimşək və dolu gözlənilir

Sabahın hava proqnozu: Yağış, şimşək və dolu gözlənilir

Azərbaycanda oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, bəzi saatlarda buludluluq artacaq.

Bakıda yağış və şimşək ehtimalı var

Günün əsasən yağmursuz keçəcəyi gözlənilsə də, axşam saatlarında bəzi ərazilərdə arabir yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir.

Gecəyə yaxın yağıntıların leysan xarakteri alacağı proqnozlaşdırılır. Şimal-qərb küləyinin gündüz saatlarından etibarən arabir güclənəcəyi bildirilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-19, gündüz isə 21-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqinin 762 millimetr civə sütunu, nisbi rütubətin isə 60-70 faiz təşkil edəcəyi gözlənilir.

Rayonlarda leysan və dolu olacaq

Ölkənin rayonlarında bəzi ərazilərdə fasilələrlə yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam saatlarında isə yağıntıların güclənəcəyi proqnozlaşdırılır.

Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi gündüz saatlarında ayrı-ayrı ərazilərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 14-18, gündüz 23-27 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 5-10, gündüz isə 10-15 dərəcə isti təşkil edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir