Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatında 9 nəfərin ölümü ilə nəticələnən “Learjet 60” markalı özəl biznes təyyarəsinin qəzası zamanı pilotun son sözləri üzə çıxıb.
Səsyazısında pilotun təyyarənin sürətlə hündürlük itirdiyini bildirdiyi eşidilir.
“Dəqiqədə 20 min fut alçalırıq, yerə çırpılacağıq, vaxtımız qalmayıb”, – deyə pilot bildirib.
Qeyd olunur ki, pilot kəskin buzlaşma və güclü turbulensiya barədə məlumat verdikdən dərhal sonra təyyarəyə nəzarəti itirib. Nəticədə hava gəmisi yaşayış binasının üzərinə çırpılıb və güclü partlayış baş verib.
Qəza nəticəsində təyyarədə olan 9 nəfərin hamısı həyatını itirib. Hadisə yerində yaranan təhlükəli vəziyyət səbəbindən ərazidən 600-dən çox sakin təxliyə olunub.
Texasdan Baham adalarına uçan təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı mülki aviasiya qurumları tərəfindən araşdırmalar davam etdirilir.

