Putin İlham Əliyev haqqında: “O, müasir, ziyalı insandır”

Putin İlham Əliyev haqqında: “O, müasir, ziyalı insandır”

Rusiya Prezidenti Azərbaycan liderinin Qarabağda yaşayan ermənilərə münasibətindən danışıb

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev barədə müsbət fikirlər səsləndirib.

Xəbər Yerində “İnterfaks”a istinadən xəbər verir ki, Putin bu barədə Bişkekdə keçirilən mətbuat konfransında Qarabağ məsələsinə toxunarkən danışıb.

Rusiya lideri bildirib ki, Qərb ölkələri uzun illər əvvəl Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bölgədə yaşayan erməni əhalisinin hüquq və maraqlarının qorunacağını deyiblər.

Putin qeyd edib ki, o zaman bu vədlərin reallaşacağına şübhə ilə yanaşıb və ermənilərin bölgəni tərk edəcəyini bildirib.

“Prezident Əliyev həmin insanlara pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır. Yüz faiz əminəm ki, o, onların maraqlarını təmin etməyə çalışacaq. Lakin ermənilər yenə də orada qalmayacaqlar. Belə də oldu”, – deyə Putin bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir