Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində milli-mənəvi dəyərlərin dövlətçilik və cəmiyyət həyatındakı əhəmiyyətindən danışıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub və bu dəyərlər xalqın gələcək nəsillərə ötürməli olduğu ən böyük sərvətlərdəndir.
Prezident çıxışında vurğulayıb:
“Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub.
Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik”.

