Ağcaqanadların yaydığı virus can alır: Yunanıstanda 24 ölüm

Ağcaqanadların yaydığı virus can alır: Yunanıstanda 24 ölüm

Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarında artım davam edir. Son bir həftə ərzində daha 58 yeni yoluxma qeydə alınıb.

“Xəbər Yerində” xəbər verir ki, bununla ölkədə virusa yoluxanların ümumi sayı 290-a, xəstəlik səbəbilə həyatını itirənlərin sayı isə 24-ə yüksəlib.

Məlumata görə, 290 xəstədən 199-da ensefalit, meningit və ya kəskin süst iflic kimi mərkəzi sinir sisteminin ağır zədələnməsi müşahidə olunub. Digər 91 nəfərdə isə xəstəlik daha yüngül simptomlarla keçib və ya mərkəzi sinir sisteminin tutulması qeydə alınmayıb.

Sentyabrın 2-nə olan məlumata əsasən, virus səbəbindən ölən 24 şəxsin hamısının 65 yaşdan yuxarı olduğu açıqlanıb.

Virus 69 bələdiyyədə aşkarlanıb

Qərbi Nil virusunun ölkənin 20 regional vahidinə daxil olan 69 bələdiyyədə yayıldığı bildirilir.

Paytaxt Afinanı da əhatə edən Attika bölgəsində virusun yayılmasının əvvəlki illərlə müqayisədə daha intensiv olduğu qeyd olunub. Səhiyyə qurumları qarşıdakı dövrdə virusun yeni ərazilərdə də aşkarlanmasının mümkünlüyü barədə xəbərdarlıq edib.

EODY-dən ağcaqanadlarla bağlı xəbərdarlıq

Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) virusun yayılmasının qarşısının alınması üçün epidemioloji nəzarətin davam etdirildiyini və ağcaqanadlara qarşı mübarizə tədbirlərinin gücləndirildiyini bildirib.

Qurum vətəndaşları da fərdi qorunma tədbirlərinə əməl etməyə, xüsusilə ağcaqanad dişləmələrindən qorunmağa çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir