Məşhur kosmetika şirkətinə qarşı ilk belə iddia – səbəb xərçəng riski

Məşhur kosmetika şirkətinə qarşı ilk belə iddia – səbəb xərçəng riski

Xəbər Yerində xəbər verir ki, ABŞ-nin Arizona ştatının Baş Prokurorluğu kosmetika nəhəngi L’Oréal-a qarşı məhkəməyə müraciət edib.

İddiada şirkətin kimyəvi saç düzləşdirici vasitələrin istifadəsi ilə bağlı mümkün xərçəng riskləri barədə istehlakçıları lazımi şəkildə məlumatlandırmadığı bildirilib. Bu, ABŞ-də ştat səviyyəsində sözügedən məhsulların istehsalçısına qarşı qaldırılan ilk belə məhkəmə iddiası kimi qiymətləndirilir.

Sənədlərdə kimyəvi saç düzləşdiricilərdən, xüsusilə uzun müddət və müntəzəm istifadə edən qadınlarda uşaqlıq və yumurtalıq xərçəngi riskinin arta biləcəyi ilə bağlı elmi məlumatlara istinad olunur.

L’Oréal isə ittihamları qəbul etmir. Şirkət məhsullarının təhlükəsiz olduğunu və iddiaların əsassız olduğunu açıqlayıb.

Məsələ ilə bağlı mübahisələrdə ABŞ Milli Sağlamlıq İnstitutlarının 2022-ci ildə yayımladığı araşdırma da ön plana çıxır. Tədqiqatda kimyəvi saç düzləşdirici məhsullardan tez-tez istifadə edən qadınlarda uşaqlıq xərçəngi riskinin daha yüksək olduğu müəyyən edilib.

Bildirildiyinə görə, L’Oréal və digər istehsalçılara qarşı bu məhsullarla əlaqədar 12 mindən çox oxşar iddia da qaldırılıb.

L’Oréal məhsulları Azərbaycanda da geniş şəkildə satılır. Şirkətin saç baxımı və kosmetika məhsulları ölkədə müxtəlif mağaza və aptek şəbəkələrində istehlakçılara təqdim olunur. Euromonitor International-ın məlumatına əsasən, L’Oréal Groupe 2025-ci ildə Azərbaycanın saç baxımı bazarında dəyər ifadəsində 31 faiz payla lider olub.

Mənbə: Müsavat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir