Bu insanlar yuxuda daha çox kalori yandırır

Bu insanlar yuxuda daha çox kalori yandırır

Xəbər Yerində xəbər verir ki, əzələ kütləsinin artırılması orqanizmin yuxu zamanı da daha çox enerji sərf etməsinə səbəb ola bilər.

Psixiatr və somnoloq Aleks Dimitriunun sözlərinə görə, insan yatarkən belə bədəni fəaliyyətini davam etdirir və saat ərzində orta hesabla 40-55 kalori sərf edir. Bu göstərici çəki, fiziki aktivlik və maddələr mübadiləsinin sürətindən asılı olaraq dəyişir.

Mütəxəssis bildirib ki, enerji sərfiyyatına təsir edən əsas amillərdən biri əzələ toxumasının miqdarıdır. Əzələ kütləsi artdıqca orqanizmin gün ərzində, o cümlədən yuxu zamanı enerji sərfiyyatı da yüksələ bilər.

Bununla belə, həkim yuxu zamanı kalori sərfini arıqlamaq üçün ayrıca üsul hesab etməməyi tövsiyə edib. Çəkiyə nəzarətdə əsas amillər qidalanma, fiziki aktivlik və kifayət qədər yuxudur.

Mütəxəssis həmçinin yuxu çatışmazlığının çəkiyə nəzarəti çətinləşdirə biləcəyini qeyd edib. Kifayət qədər yatmamaq iştahı tənzimləyən hormonların fəaliyyətinə təsir göstərə, maddələr mübadiləsini poza və yüksək kalorili qidalara olan istəyi artıra bilər.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir