Xəbər Yerində xəbər verir ki, “Formula 1” 2027-ci il mövsümü öncəsi keçiriləcək sınaqların tarixlərini rəsmən açıqlayıb.
Sınaqlar fevralın 24-dən 27-dək dörd gün ərzində Bəhreyn Qran-prisinin keçirildiyi trasda təşkil olunacaq.
2027-ci ildən mövsümöncəsi sınaqların yalnız bir mərhələdə keçirilməsi planlaşdırılır. Sınaqların Bəhreyndə keçirilməsi mümkün olmayacağı təqdirdə isə tədbirin başqa məkana keçirilməsi nəzərdən keçiriləcək.
2027-ci il mövsümünün ilk mərhələsi olan Bəhreyn Qran-prisinin martın 12-14-də, Səudiyyə Ərəbistanı Qran-prisinin isə növbəti həftəsonu keçirilməsi planlaşdırılır.
Mənbə: Qafqazinfo

