Xəbər Yerində xəbər verir ki, Baku TV-nin “Baku Med” verilişinin növbəti buraxılışında bağırsaq sağlamlığı ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Verilişdə qarında köpün hansı hallarda xəstəlik əlaməti sayıla biləcəyi, dəri problemlərinin bağırsaqla əlaqəsi və südün sağlamlığa təsiri barədə suallara cavab axtarılıb.
Həmçinin bağırsaq xərçənginin yaranma səbəbləri və xəstəliklə bağlı diqqət edilməli məqamlar müzakirə edilib.
Proqramda bu və digər suallara mütəxəssislər tərəfindən aydınlıq gətirilib.
Verilişi təqdim edirik:

