Məktəblərdə iş dəftərləri ilə bağlı YENİ AÇIQLAMA – valideynlərə məcburi deyil

Məktəblərdə iş dəftərləri ilə bağlı YENİ AÇIQLAMA – valideynlərə məcburi deyil

Xəbər Yerində xəbər verir ki, yeni dərs ilinin başlaması ilə valideynlərin qarşılaşdığı əsas məsələlərdən biri də məktəblərdə istifadə olunan iş dəftərlərinin alınması və onların qiymətidir.

Oxu.Az İTV-yə istinadən bildirir ki, bəzi valideynlər övladları üçün əlavə tədris vəsaitlərini almağın ailə büdcəsinə ciddi yük yaratdığını deyirlər.

Təhsil eksperti Elçin Əfəndi məsələ ilə bağlı bildirib ki, ailədə iki və daha çox məktəbli olduğu halda bu xərclər daha da artır. Onun sözlərinə görə, sinifdə şagirdlərin bir hissəsində iş dəftərinin olmaması dərslərin mənimsənilməsinə təsir göstərə və tədris prosesində müəyyən fərqlər yarada bilər.

Ekspert hesab edir ki, problemin aradan qaldırılması üçün iş dəftərlərinin sponsorların dəstəyi ilə təmin edilməsi və ya qanunvericiliyə dəyişiklik edilərək onların şagirdlərə ödənişsiz təqdim olunması mümkündür.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, təhsil müəssisələrində əlavə tədris resurslarından istifadə valideynlərin razılığı əsasında həyata keçirilməlidir.

Qurumun açıqlamasına görə, iş dəftərlərinin əldə edilməsi könüllü xarakter daşıyır və onların alınması valideynlər üçün heç bir halda məcburi ola bilməz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir