100 milyonluq “Aqrarkredit” işi: Məmməd Musayevə ittiham verildi

100 milyonluq “Aqrarkredit” işi: Məmməd Musayevə ittiham verildi

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində cinayət işi başlanıb.

Məlumata görə, ona Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətməkdə ittiham irəli sürülüb. Məmməd Musayev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb.

Kredit vəsaitləri ilə bağlı araşdırma

Cinayət işinin “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı vasitəsilə ayrılan kreditlərlə bağlı aparılan araşdırma çərçivəsində başlandığı bildirilir.

İstintaq zamanı bir sıra sahibkarlara kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə verildiyi bildirilən kredit vəsaitlərinin təyinatı üzrə xərclənməməsi ilə bağlı hallar araşdırılır.

Məmməd Musayev “Aqrarkredit”ə 24 il rəhbərlik edib

Qeyd edək ki, Məmməd Musayev uzun illər “Aqrarkredit” QSC-yə rəhbərlik edib. O, 2001-ci ildən 2025-ci ilədək qurumun rəhbəri vəzifəsində çalışıb.

Səhmləri tam olaraq dövlətə məxsus olan “Aqrarkredit” QSC-nin əsas fəaliyyət istiqamətlərindən biri sahibkarlıq subyektlərinin, o cümlədən regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və kreditləşdirilməsidir.

Məmməd Musayev hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentidir.

Konfederasiyadan açıqlama

Bundan əvvəl Məmməd Musayevin öz hesabına məzuniyyətə çıxdığı və iş başında olmadığı barədə məlumat yayılmışdı.

Azərbaycan Sahibkarlar Konfederasiyasından isə bildirilib ki, Məmməd Musayev hazırda gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

Qurumdan əlavə olaraq qeyd olunub ki, Konfederasiya öz mandatına uyğun şəkildə dövlət və özəl sektorla əməkdaşlığını davam etdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir