Naxçıvanın Kəngərli rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xəbər Yerində Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.
Məlumata görə, 1971-ci il təvəllüdlü İbrahim Əli oğlu Əliyev həyat yoldaşı, 1973-cü il təvəllüdlü Adilə Sabir qızı Ağayevaya və baldızı, 1977-ci il təvəllüdlü Ruhiyə Sabir qızı Quliyevaya bıçaqla xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

