Vətən müharibəsinin başlamasından 6 il ötür

Vətən müharibəsinin başlamasından 6 il ötür

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, səhər saatlarından etibarən Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə Hərbi Memorial Məzarlıq ziyarət olunur.

Şəhidlərin məzarları ziyarət edilir

27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən uğrunda şəhid olanların ailə üzvləri, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və vətəndaşlar Hərbi Memorial Məzarlığa gələrək şəhidlərin xatirəsinə ehtiramlarını ifadə edirlər.

Ziyarətçilər şəhidlərin məzarları önünə əklil və gül dəstələri qoyurlar.

Vətən müharibəsi 44 gün davam edib

Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb. Müharibə nəticəsində Azərbaycanın işğal altında olan əraziləri azad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş hərbçilərə və bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir