Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür.
27 Sentyabr – Anım Günü ilə əlaqədar vətəndaşlar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək üçün Hərbi Memorial Məzarlığı ziyarət edirlər.
Burada hər məzar bir ailənin yarım qalan hekayəsini, geridə qalan arzuları və heç vaxt unudulmayan bir adı yaşadır. Şəhidlərin ailələri, yaxınları və onları yad etməyə gələn vətəndaşlar məzarlar önündə əzizlərinin xatirəsini anırlar.
Sükuta bürünən məzarlıqda çəkilən hər bir foto bir ailənin yaşadığı ağrını, itkinin ağırlığını və illər keçsə də dəyişməyən həsrəti əks etdirir.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın Hərbi Memorial Məzarlıqdan lentə aldığı təsirli görüntüləri təqdim edirik.


























