Naxçıvanın Kəngərli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Renault Logan” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

