Xaçmaz rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Gəndob-Yalama avtomobil yolunun rayonun Çarxı kəndi ərazisindən keçən hissəsində baş verib.
İki “VAZ” toqquşub
Məlumata görə, qəza zamanı əks istiqamətlərdə hərəkətdə olan “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində Naxçıvan sakini, 1988-ci il təvəllüdlü P. Əlixanova, Ağsu rayon sakinləri – 1997-ci il təvəllüdlü S. İsmayılov və 1993-cü il təvəllüdlü İ. İsmayılov, həmçinin Şabran rayon sakinləri – 1972-ci il təvəllüdlü A. İbrahimov, 1964-cü il təvəllüdlü İ. İsmayılov, 1995-ci il təvəllüdlü Z. İsmayılova, 1991-ci il təvəllüdlü F. Məmmədova, 2011-ci il təvəllüdlü Ə. Məmmədova və 2015-ci il təvəllüdlü R. Məmmədova xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və müalicə üçün yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.

