Meloni İlham Əliyevə və SOCAR rəhbərinə təşəkkür edib

Meloni İlham Əliyevə və SOCAR rəhbərinə təşəkkür edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyadakı törəmə şirkəti “Italiana Petroli”nin (IP) yanacaqdoldurma məntəqələri şəbəkəsində benzin və dizel yanacağının qiymətlərinə məhdudiyyət tətbiq etmək qərarına gəlib.

Xəbər Yerində “Report”a istinadən xəbərinə görə, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni məlumat verib.

Meloni bildirib ki, “Eni” şirkətinin analoji qərarından sonra “Italiana Petroli” də ölkə üzrə yanacaq qiymətlərinə hədd qoymağa qərar verib.

İtaliya hökumətinin başçısı bu addımı ölkədə ailələrin yanacaq xərclərinin azaldılmasına töhfə kimi qiymətləndirib.

Meloni İlham Əliyevə və SOCAR rəhbərinə təşəkkür edib

Corcia Meloni Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafına töhfə verən qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkürünü bildirib.

Qiymət həddi mərhələli tətbiq olunacaq

Daha əvvəl SOCAR “Italiana Petroli”nin paylama şəbəkəsində benzin və dizel yanacağının qiymətlərini məhdudlaşdırmağa hazır olduğunu açıqlamışdı.

Şirkətin məlumatına görə, qiymət həddi minlərlə operatoru əhatə edən təchizat zəncirinin dayanıqlığının qorunması zərurəti nəzərə alınmaqla müəyyənləşdiriləcək.

SOCAR qeyd edib ki, bu qərar İtaliya hökumətinin geosiyasi qeyri-sabitlik və onun qlobal təchizat zəncirlərinə təsiri nəticəsində altı aydan artıq müddətdə yüksək yanacaq qiymətləri ilə üzləşən ailə və müəssisələrə dəstək göstərilməsi çağırışına cavabdır.

Qiymət məhdudiyyətlərinin əvvəlcə “Italiana Petroli” şəbəkəsində tətbiq olunacağı, daha sonra isə mərhələli şəkildə genişləndiriləcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir