Əli Həsənovun qızı Dubayda 3 milyon dollarlıq biznes qurdu – FOTO

Əli Həsənovun qızı Dubayda 3 milyon dollarlıq biznes qurdu – FOTO

Xəbər Yerində xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı və deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes fəaliyyətinə başlayıb.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Mağazada bahalı brendlər satılır

Məlumata görə, Safiyə Mehbalı bu il Dubayın Jumeirah ərazisində yerləşən “First Avenue Mall” alış-veriş mərkəzində qızıl-zinət əşyaları və bahalı aksessuarların satıldığı mağaza açıb.

1500 kvadratmetr sahəni əhatə edən mağazada müxtəlif brendlərə məxsus çantalar, bahalı saatlar və zinət əşyaları satışa çıxarılıb.

Jurnalistin məlumatına əsasən, mağazada təqdim olunan məhsulların ümumi dəyəri 3 milyon dollardan çox qiymətləndirilir.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir