AZAL-a 7,1 milyon manat ayrılacaq – Ötən illə müqayisədə artım var

AZAL-a 7,1 milyon manat ayrılacaq – Ötən illə müqayisədə artım var

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, 2027-ci ildə dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) ayrılacaq vəsaitin məbləği məlum olub.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslər, eləcə də Böyük Vətən müharibəsi əlilləri, iştirakçıları və onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə səfərləri zamanı tətbiq edilən nəqliyyat güzəştləri ilə əlaqədar yaranan zərərin ödənilməsi üçün AZAL-a 7,1 milyon manat ayrılması proqnozlaşdırılır.

Bu məbləğ 2026-cı illə müqayisədə 1,2 milyon manat və ya 19,5 faiz çoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir