Güclü yağışlara hazırlıq: Riskli ərazilərdə tədbirlər gücləndirilir

Güclü yağışlara hazırlıq: Riskli ərazilərdə tədbirlər gücləndirilir

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, intensiv yağışlar zamanı su basma riski olan ərazilərdə görüləcək əməliyyat tədbirləri əvvəlcədən müəyyənləşdirilir.

Bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Baki-baku.az saytına müsahibəsində deyib.

Kollektor və nasos sistemləri nəzarətdə saxlanılır

Zaur Mikayılovun sözlərinə görə, yağıntı və tullantı sularının toplanması üçün nəzərdə tutulan kollektorların, kanalizasiya nasos stansiyalarının, eləcə də onlarla əlaqəli xətlərin fəaliyyəti hava şəraitindən və mövcud vəziyyətdən asılı olaraq tənzimlənir.

O bildirib ki, ehtiyac yarandıqda su axınlarının alternativ istiqamətlərə yönəldilməsi üçün texniki imkanlardan istifadə edilir.

Agentlik sədrinin sözlərinə görə, Xırdalan, Binəqədi, Biləcəri və Qaradağla yanaşı, Xətai, Nizami, Nərimanov və Sabunçu rayonlarının müəyyən ərazilərində yağış sularının idarə olunmasına xidmət edən kollektor və nasos sistemləri gücləndirilmiş nəzarət rejiminə keçirilib.

Xüsusi texnika əvvəlcədən riskli ünvanlara yerləşdirilir

Z.Mikayılov qeyd edib ki, intensiv yağıntı ilə bağlı proqnozlar əldə edildikdən əvvəl texnikanın yerləşdiriləcəyi məntəqələr müəyyənləşdirilir.

Bu çərçivədə xüsusi təyinatlı nasosların və digər texnikanın riskli ərazilərə yaxın mövqelərdə yerləşdirilməsi təmin olunur.

Agentlik sədrinin sözlərinə görə, əsas məqsəd su yığıntıları yarandığı zaman müdaxiləni mümkün qədər sürətlə həyata keçirmək və mövcud infrastrukturun imkanlarından maksimum dərəcədə yararlanmaqdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir