Oktyabrda temperatur normadan 3 dərəcə yüksək olub

Oktyabrda temperatur normadan 3 dərəcə yüksək olub

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, cari ilin oktyabr ayında Azərbaycanda havanın temperaturu 25 gün ərzində iqlim normasından 1–8 dərəcə yüksək, 3 gün isə normadan 1–6 dərəcə aşağı olub. Ayın 3 günündə temperatur iqlim normasına uyğun qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətinin oktyabr ayı üzrə açıqladığı məlumatda bildirilib ki, ölkə ərazisində orta aylıq temperatur 19 dərəcə isti təşkil edib. Bu göstərici iqlim normasından 3 dərəcə yüksəkdir.

Oktyabrın ən yüksək və ən aşağı temperatur göstəriciləri

Abşeron yarımadasında ayın ən yüksək temperaturu oktyabrın 18-də Sumqayıtda 30 dərəcə isti olub. Bölgələrdə isə ən yüksək göstərici oktyabrın 14-də Zəngilanda qeydə alınıb – 34 dərəcə isti.

Minimal temperatur Abşeron yarımadasında oktyabrın 4-də Bakıda 10 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə həmin gün Şahdağda 5 dərəcə şaxta təşkil edib.

30 gün yağıntılı hava müşahidə edilib

Oktyabrın bəzi günlərində fasilələrlə yağıntı düşüb, şimşək çaxıb. Ayrı-ayrı ərazilərdə intensiv, leysan xarakterli və güclü yağışlar qeydə alınıb. Dağlıq ərazilərə sulu qar və qar yağıb.

Qrızda (Quba) qar örtüyünün maksimal hündürlüyü 10 santimetr olub.

Ümumilikdə ay ərzində bölgələrdə 30 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı göstəriciləri belə olub:

  • Mərkəzi Aran zonasında – Neftçalada 199 millimetr. Bu, aylıq normanın 441 faizidir.
  • Balakən–Şəki zonasında – Şəkinin Kişçay ərazisində 206 millimetr. Bu, normanın 238 faizinə bərabərdir.
  • Bakı və Abşeron yarımadasında – Neft Daşlarında 84 millimetr. Bu göstərici aylıq normanın 448 faizini təşkil edib.

Bir sıra rayonlarda dolu yağıb

Oktyabr ərzində Yardımlı və Gədəbəy rayonlarının bəzi ərazilərində, Zaqatalanın Yuxarı Tala kəndində, Şəkinin Oxud və Kişçay kəndlərində, həmçinin Şahbuzun Biçənək kəndində dolu müşahidə olunub.

Ən iri dolu oktyabrın 10-da Yardımlı rayonunda qeydə alınıb. Onun diametri 18–20 millimetr olub.

Küləyin sürəti saniyədə 27 metrə çatıb

Ay ərzində Bakıda və Abşeron yarımadasında 4, bölgələrdə isə 11 gün küləkli hava şəraiti hökm sürüb.

Küləyin maksimal sürəti paytaxt və Abşeron yarımadasında saniyədə 27 metrə, bölgələrdə isə saniyədə 20 metrə çatıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir