Boşanmaq istəyən həyat yoldaşını boğub öldürdü – Bakıda dəhşətli hadisə – VİDEO

Boşanmaq istəyən həyat yoldaşını boğub öldürdü – Bakıda dəhşətli hadisə – VİDEO

Bakının Binəqədi rayonunda ərinin həyat yoldaşını öldürməsi ilə bağlı hadisə baş verib.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Məlumata görə, 42 yaşlı Rafət Ağalarov 40 yaşlı həyat yoldaşı Esmira Ağalarovanı boğaraq öldürməkdə təqsirli bilinir.

Şübhəli şəxs saxlanılıb

Qadının ölümünə səbəb ərindən boşanmaq istəməsi ilə bağlı yaranan mübahisənin olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir