Xəbər Yerində “Axşam.az”a istinadən xəbər verir ki, xalq artisti Emin Ağalarovun anası İrina Ağalarova yeni biznes layihəsinə start verir.
Zinət əşyaları brendi yaradıb
İrina Ağalarova zinət əşyaları sahəsində yeni brend yaradıb. O, layihə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək yeni biznesi barədə məlumat verib.
Ağalarova paylaşımında brendə aid brilyantların görüntülərini də təqdim edib. O, yeni markanın yaxın günlərdə təqdim olunacağını açıqlayıb.
Araz Ağalarovla evliliyi
Qeyd edək ki, İrina Ağalarovanın iş adamı Araz Ağalarovdan boşandığı məlumdur.
Araz Ağalarov daha sonra ikinci dəfə ailə həyatı qurub. Onun ikinci nikahından iki övladı dünyaya gəlib.

