Ombudsmanın maaşı 12 min manat olacaq

Ombudsmanın maaşı 12 min manat olacaq

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclis İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyənləşdirilməsini təsdiqləyib.

Bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik layihəsi parlamentin payız sessiyasının ilk plenar iclasında ikinci səsverməyə çıxarılıb.

Maaş 3060 manatdan 12 min manata qaldırılır

Dəyişiklik layihəsinə əsasən, Ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdan 12 000 manata yüksəldilir.

Beləliklə, Ombudsmanın aylıq vəzifə maaşında 8 940 manat artım nəzərdə tutulur.

Əvvəlki ödənişlər də yeni maaşa daxil ediləcək

Qanun qüvvəyə minənədək Ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşının tərkibinə daxil ediləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir