Xəbər Yerində “Axşam.az”a istinadən xəbər verir ki, Türkiyənin tanınmış sosial media fenomeni Dilan Polat saxlanılıb.
Fenomen ifadə vermək üçün ədliyyəyə aparılıb
Məlumata görə, Dilan Polat “Prezidenti təhqir etmə” maddəsi ilə ittiham olunur.
O, ifadəsinin alınması üçün ədliyyə binasına gətirilib.
Daha əvvəl də həbs edilmişdi
Qeyd edək ki, Dilan Polat və həyat yoldaşı Engin Polat daha əvvəl cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, təşkilat yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittihamlarla həbs olunublar.
Cütlük 9 aydan çox müddətdə həbsdə qaldıqdan sonra məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb.

