Xəbər Yerində Axşam.az-a istinadən xəbər verir ki, Xalq artisti Faiq Ağayev bayağı mahnılar ifa edən müğənnilərlə bağlı sərt fikirlər səsləndirib.
Sənətçi “Zarafat bir yana” proqramında qonaq olarkən həmin ifaçıları tualet kağızına bənzədib:
“Bayağı mahnılar haqda çox danışmışam. Marketdə ən çox satılan çörək və tualet kağızıdır. Heç kimin ağlına gəlmir ki, onları eyni səviyyəyə qoysun. Onlar danışan tualet kağızıdırlar”.
Müəllimləri də tənqid etdi
Faiq Ağayev təhsil sistemindəki problemlərdən də danışıb. O, məktəbdə verilən biliklərin ali məktəbə qəbul üçün kifayət etməli olduğunu bildirib və bəzi müəllimlərin hazırlıq kurslarına maraq göstərməsi səbəbindən dərsləri lazımi səviyyədə tədris etmədiyini iddia edib.
Xalq artistinin sözlərinə görə, problemin səbəbini yalnız şagirdlərdə axtarmaq düzgün deyil:
“Məktəb təhsili yetərli olmalıdır. Ali təhsil almaq üçün olan testlər şagirdin təhsildə aldığı bilgilərə əsaslanır. Müəllimlərin səhlənkarlığıdır. Çətin peşədir. Amma bəziləri peşəsinin tələblərinə uyğun olmur. Çoxu hazırlıq keçsin deyə, bilikləri az verir. Problem şagirddə yox, müəllimdədir. Əgər sən bu dərsi məktəbdə keçirsənsə, hazırlığa nə ehtiyacın var?”

