Şəmkirdə məktəb direktoru işdən çıxarıldı – ciddi nöqsanlar aşkarlanıb

Şəmkirdə məktəb direktoru işdən çıxarıldı – ciddi nöqsanlar aşkarlanıb

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılan monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib.

Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Direktorun əmək müqaviləsinə xitam verilib

Bildirilib ki, məktəbin direktoru Ruhiyyə Fizuli qızı Rəfiyeva əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib.

O, müvafiq normativ hüquqi aktların, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozub.

Nəticədə məktəbdə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydalarının ciddi şəkildə pozulduğu müəyyən edilib.

Aşkar edilmiş qanun pozuntuları və nöqsanlar əsas götürülərək, məktəbin direktoru R.F. Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir