Türkiyənin “Fənərbaxça” futbol komandası “Turan Tovuz”la keçirəcəyi yoldaşlıq oyunu üçün Bakıya gəlib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul təmsilçisini Heydər Əliyev Beynəlxalq Aeroportunda klubun Azərbaycandakı fan-klubu və media nümayəndələri qarşılayıb.
“Fənərbaxça” oktyabrın 3-də Bakıda “Turan Tovuz”la qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək yoldaşlıq oyunu saat 20:00-da başlayacaq.
Qeyd edək ki, qarşılaşma çərçivəsində “Fənərbaxça”nın Bakıya səfəri böyük maraqla qarşılanıb.

























