Oktyabrın 2-də Azərbaycanda polis əməkdaşları tərəfindən 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin edilib.
DİN-in Mətbuat Xidmətindən əldə etdiyimiz xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Onlardan 21 nəfərin borclu şəxs qismində axtarışda olduğu bildirilib.
Həmçinin narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

