İlham Əliyev Koreya Prezidentini milli bayram münasibətilə təbrik edib

İlham Əliyev Koreya Prezidentini milli bayram münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Çje Men ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Dövlət başçısı məktubunda öz adından və Azərbaycan xalqı adından Koreya Prezidentinə və bütün Koreya xalqına ən səmimi təbriklərini çatdırıb.

İlham Əliyev Azərbaycan ilə Koreya arasında əlaqələrin dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslandığını bildirib. O, Azərbaycan-Koreya münasibətlərinin daim genişlənməsinə böyük əhəmiyyət verildiyini qeyd edib.

Prezident İlham Əliyev birgə səylərlə Azərbaycan-Koreya ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın xalqların mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Koreya Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövlət fəaliyyətində uğurlar, dost Koreya Respublikasına isə daim əmin-amanlıq və rifah arzulayıb.

Qeyd edək ki, təbrik məktubu 30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində imzalanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir