195 magistr dövlət hesabına təhsil alacaq

195 magistr dövlət hesabına təhsil alacaq

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsində dövlət sifarişli bəzi yerlər boş qalıb.

Bununla əlaqədar ödənişli əsaslarla magistraturaya qəbul olunan bakalavrlar arasında topladıqları ballara əsasən əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən 195 tələbə dövlət sifarişi əsasında, yəni ödənişsiz təhsil almaq hüququ əldə edib.

Tələbələrin siyahısı müvafiq tədbirlərin görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Həmçinin nəticə barədə məlumat tələbələrin şəxsi kabinetlərində qeyd olunan mobil telefon nömrələrinə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir