Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Nazir bildirib ki, müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.
Emin Əmrullayev qeyd edib ki, bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.
“Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram”, – deyə nazir vurğulayıb.

