“Xəbər Yerində” AZTV-yə istinadən xəbər verir ki, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb.
Məlumata görə, gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir.
Gəminin meneceri “Palmali” göstərilir
AZTV-nin hazırladığı materialda bildirilib ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov” gəmisinin ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir.
“Palmali” şirkətlər qrupunun təsisçisinin isə azərbaycanlı iş adamı Mübariz Mənsimov olduğu qeyd olunub.
Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

