BANM komandaları “Teknofest 2026”da 8 mükafat qazandı – FOTO

BANM komandaları “Teknofest 2026”da 8 mükafat qazandı – FOTO

“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində keçirilən “Teknofest 2026”nın finalında Bakı Ali Neft Məktəbinin (BANM) komandaları yüksək nəticələr göstəriblər.

BANM-in komandaları yarışın yekununda ümumilikdə 8 mükafat qazanaraq Azərbaycanı yüksək səviyyədə təmsil ediblər.

İki komanda ikinci, üç komanda üçüncü oldu

“Qorqud BHOS” komandası Pardus xəta aşkarlama və təklif yarışması kateqoriyasında, “Ecolyte” komandası isə Universitet tələbələrinin tədqiqat layihələri kateqoriyasında ikinci yerə layiq görülüb.

“CLİMASEL” komandası Universitet tələbələrinin tədqiqat layihələri, “VoltLedger” Maliyyə texnologiyaları, “Göytürk-BANM” isə Kənd təsərrüfatı texnologiyaları kateqoriyasında üçüncü yeri tutub.

Daha üç komandaya xüsusi mükafat

BANM-in daha üç komandası təqdimat bacarıqları, sosial təsir və innovativ həlləri ilə fərqlənərək xüsusi mükafatlar qazanıb.

“ShirvanShahlar” Maliyyə texnologiyaları yarışmasında “Sosial təsir”, “NeuroPulse” Asılılıqlarla mübarizədə texnoloji tətbiqlər yarışmasında “Gələcək vəd edən innovativ layihə”, “Brixen Labs” isə Maliyyə texnologiyaları yarışmasında “Ən yaxşı təqdimat” mükafatına layiq görülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir