Mingəçevirdə repetitorluq edən müəllimə 65 min manatlıq dələduzluğa görə həbs edildi

Mingəçevirdə repetitorluq edən müəllimə 65 min manatlıq dələduzluğa görə həbs edildi

Mingəçevirdə repetitorluqla məşğul olan qadın müəllim dələduzluq əməlinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər Yerində Modern.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində fizika müəllimi işləyən Sevinc Məmmədova (soyad şərtidir – red.) şagirdi Raul Ələkbərlini fizika fənnindən universitetə hazırlaşdırıb.

Müəllimə şagirdinin anası Kəmalə Ələkbərovanın maddi imkanlarının yaxşı olduğunu öyrənib və onun pulunu ələ keçirmək qərarına gəlib.

“Qızıl alveri” vəd edib 65 min manat aldı

Sevinc Məmmədova Kəmalə Ələkbərova ilə söhbət zamanı guya qardaşının qızıl alverinə şərik axtardığını bildirib. O, Kəmaləyə qardaşı Azərlə qızıl alveri edəcəyi təqdirdə yaxşı gəlir əldə edə biləcəyini deyib.

Bu məqsədlə qadın müəllim Kəmalə Ələkbərovadan iki dəfəyə – 20 min və 45 min manat olmaqla, ümumilikdə 65 min manat pul alıb.

Lakin hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, Sevinc Məmmədova nə vəd etdiyi qızıl alverini həyata keçirib, nə də aldığı 65 min manatı geri qaytarıb.

Polisə müraciət edildi

Bundan sonra zərərçəkmiş Kəmalə Ələkbərova məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qadın müəllim saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Sevinc Məmmədova 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir