Müşfiqabadda bağçanı kanalizasiya suyu basıb – Video

Müşfiqabadda bağçanı kanalizasiya suyu basıb – Video

Xəbər Yerində Barometr-ə istinadən xəbər verir ki, Müşfiqabad qəsəbəsinin Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasının şəraiti ilə bağlı şikayət daxil olub.

Müraciət əsasında ünvanda çəkiliş aparılıb. Məlum olub ki, kanalizasiya suyunun bağçanın daxilinə dolması nəticəsində otaqlarda natəmizlik yaranıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, problem araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək.

“Barometr TV” problemin həlli ilə bağlı prosesi diqqətdə saxlayacağını bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir