Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gəlib.
“Xəbər Yerində” xəbər verir ki, dövlət başçısını Türkmənistanın Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda rəsmi şəxslər qarşılayıblar.
Fəxri qarovul dəstəsi düzülüb
Azərbaycan Prezidentinin şərəfinə hava limanında fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.










