Vətəndaşlar saatlarla növbədə qaldı – Səhiyyə Nazirliyindən açıqlama

Vətəndaşlar saatlarla növbədə qaldı – Səhiyyə Nazirliyindən açıqlama

“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda elektron sistemin işləməməsi səbəbindən yaranan problemlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, yaranan problem TƏBİB-in elektron sistemində baş verən texniki nasazlıqla əlaqədardır.

Pasiyentlərin qeydiyyatında ləngimə yaranıb

İnstitutdan qeyd olunub ki, elektron sistemdəki nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və onlara xidmət göstərilməsi prosesində müvəqqəti ləngimələr yaranıb. Bu isə tibb müəssisəsində növbələrin yaranmasına səbəb olub.

Bildirilib ki, sistem tam bərpa edildikdən sonra xidmətlərin əvvəlki qaydada göstərilməsi və vəziyyətin normallaşması gözlənilir.

Tibb müəssisəsi yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyib və onlardan anlayış göstərmələrini xahiş edib.

Vətəndaşların saatlarla növbədə gözlədiyi bildirilmişdi

Qeyd edək ki, sosial şəbəkələrdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistemin iki gündür işləmədiyi və vətəndaşların saatlarla növbədə gözləmək məcburiyyətində qaldığı barədə məlumatlar yayılmışdı.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir