Vüqar Qurbanovun qohumu sürücüsü tərəfindən bıçaqlandı

Vüqar Qurbanovun qohumu sürücüsü tərəfindən bıçaqlandı

“Xəbər Yerində” Unikal-a istinadən xəbər verir ki, oktyabrın 8-də səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında hadisə baş verib.

Məlumata görə, Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

Hadisə zamanı xəsarət alan direktor müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Sürücü saxlanılıb

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

TƏBİB-dən bildirilib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub və bununla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.

Xəsarət alan şəxs Orxan Ənvərlidir

Qeyd edək ki, xəsarət alan şəxsin Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərli olduğu bildirilib.

Məlumata görə, Orxan Ənvərli əvvəllər TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsində çalışıb.

O, 2026-cı ilin yayında həmin vəzifədən azad edilərək Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor müavini təyin edilib.

Həmçinin Orxan Ənvərlinin TƏBİB-in əvvəlki sədri Vüqar Qurbanovun qohumu olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir